Modern.az

Astarada DTX polkovniki həbs edildi

Astarada DTX polkovniki həbs edildi

20 İyul 2019, 20:51

Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin rəisi həbs edilib.

Modern.az  xəbər verir ki, Criminal.az saytının əldə etdiyi məlumata görə, şöbə rəisi, polkovnik Elxan Alışov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma ) maddəsi ilə təqsirləndirilir.

Cinayət işinin istintaqı artıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. Hazırda E.Alışovun cinayət işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır.

Məhkəmədən bildirilib ki, iş hakim Vüqar Əhmədovun icraatındadır. Ondan başqa daha 2 nəfər də təqsirləndirilir.

Məlumata görə, E.Alışov həbs edilməmişdən bir müddət əvvəl təqaüdə çıxması ilə bağlı müraciət edibmiş.

DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev sayta açıqlamasında E.Alışovun həbs edilməsini təsdiqləməyib. Bildirib ki, DTX-nın heç bir rayon şöbəsinin rəisi həbs edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir