Modern.az

Milli Məclisin komitə sədrlərinə yeni maşınlar veriləcək

Milli Məclisin komitə sədrlərinə yeni maşınlar veriləcək

Parlament

30 Yanvar 2012, 15:12

Milli Məclisin komitə rəhbərlərinə 2012-ci ildə yeni avtomobillər veriləcək. Bu barədə Modern.az saytına Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev məlumat verib.

S.Mirzəyev deyib ki, Milli Məclisin ötən sessiyasında xərclər smetası müzakirə olunub. Müzakirə zamanı qeyd olunub ki, Milli Məclis üçün yeni avtomobillər alınacaq.
“Ümumiyyətlə dövlət strukturlarında qayda belədir ki,  avtomobillər 7 ildən bir dəyişdirilməlidir.  Sonuncu dəfə 2005-ci ildə Milli Məclisin komitə rəhbərləri maşınla təmin olunub. Yeni alınacaq avtomobillər yenə də  komitə rəhbərlərinə veriləcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat