Modern.az

551 şahmatçının yarışı yekunlaşır

551 şahmatçının yarışı yekunlaşır

Aktual

20 İyul 2019, 22:21

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasında onuncu turun oyunları keçirilib.

Modern.az-ın məlumatına görə, on turun nəticəsinə görə, “A” qrupunda Səbinə Rzalı (Sumqayıt) 9 xalla turnir cədvəlinin lideridir. Sonrakı iki yerdə 8,5 xalla Fərhad Fərhadlı (Sumqayıt) və Adil İsrailov (Baku School) qərarlaşıblar.

“B” qrupunda isə 9 xalla Sumqayıtın digər şahmatçısı Yunis Mahmudzadə birincidir. İkinci və üçüncü pillələri 8,5 xalla Tunar Davudov və İsmayıl Süleymanlı bölüşürlər (hər ikisi Respublika Şahmat Məktəbi).

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət turnirdə 551 şahmatçı yarışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir