Modern.az

Qənirə Paşayevadan gürcüstanlı vitse-spikerə təklif

Qənirə Paşayevadan gürcüstanlı vitse-spikerə təklif

30 Yanvar 2012, 15:26

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva  Strasburqda Gürcüstan Parlamentinin vitse-spikeri Mixail Maçavariani və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil,  ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Qənirə Paşayeva deyib ki, Azərbaycan və Gürcüstan parlament üzvləri, Parlamentlərarası Dostluq qrupları, və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda  əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdır.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva Strasburqda həmçinin Gürcüstanın zarici İşlər naziri Qriqori Vaşadze ilə də görüşüb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!