Modern.az

Teymur Rəcəbov beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib

Teymur Rəcəbov beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib

21 İyul 2019, 09:13

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin altıncı turunun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, şahmatçımız Teymur Rəcəbovun almaniyalı Daniel Fridmanla qarşılaşması heç-heçə ilə nəticələnib.

 

Altı turun nəticəsinə görə, təmsilçimizin aktivində 3,5 xal var. Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!