Modern.az

Merkelin gəlirləri açıqlandı

Merkelin gəlirləri açıqlandı

21 İyul 2019, 10:26

Almaniya Federatif Respublikasının kansleri Angela Merkelin aylıq gəliri haqqında məlumatlar açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bundestaqın mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, siyasətçi ayda 19796,68 avro alır. Merkelin bu vəsaitdən rəsmi maaşı 17701,40 avro təşkil edir.

 

Yekun məbləğ əlavə artırmaların əlavə edilməsi hesabına alınır. Belə vəzifə artımı 30,68 avro təşkil edir.

 

Bundan başqa, Merkel 50% nümayəndə xərclərindən alır. Çünki bundestaqın üzvüdür. O, həmçinin 25% parlament üzvü kimi qazanır.

 

Ekspertlər Almaniyanın kanslerinin illik gəlirini 333 min avro qiymətləndiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?