Modern.az

Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi 

Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi 

21 İyul 2019, 13:20

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Şəmkir-Kür qəsəbəsi yolunda baş verib.

 

“VAZ 21 06” markalı minik avtomobili “KAMAZ” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı mimik avtomobilini idarə edən Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri alıb. Həkimlər sürücünün qolunu amputasiya edib.

 

İlkin məlumata görə, qəzaya yüksək surət səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı