Modern.az

“Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu

“Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu

21 İyul 2019, 12:23

Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, iyulun 25-də mübarizəyə qoşulacaq “Qəbələ”nin matçının hakimləri də müəyyənləşib.

 

Azərbaycan kubokunun qalibinin Gürcüstan “Dinamo”su (Tbilisi) ilə görüşünü şotlandiyalı hakimlər briqadası idarə edəcək. Nikolas Uolş qarşılaşmanın baş hakimi olacaq. Ona Alan Malvanni və Cordan Stokoe kömək edəcək. Dördüncü hakim funksiyası Qavin Dunkana tapşırılıb. Qəbələ şəhər stadionundakı matçın hakim-inspektoru Quy Qoetals (Belçika), UEFA nümayəndəsi isə Mixalis Mitas (Kipr) olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı