Modern.az

Nazirlik: “Hərbi Komissarlıqdakı yanğın zamanı sənədlər də yanıb”

Nazirlik: “Hərbi Komissarlıqdakı yanğın zamanı sənədlər də yanıb”

30 Yanvar 2012, 15:46

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün səhər saatlarında baş verən Bakının Binəqədi rayon Hərbi Komissarlığındakı yanğınla bağlı məlumat yayıb. Modern.az saytı xəbər verir ki,  Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 kv.m olan dördotaqlı inzibati binanın yanar konstruksiyaları 24 kv.m sahədə, dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə, habelə içərisində olan sənədlər qismən yanıb. Yanğın saat 14:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Tikilinin qalan hissəsi və sənədlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır