Modern.az

Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı  

Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı  

21 İyul 2019, 14:25

Azərbaycan gimnastı Arzu Cəlilova yuniorlar arasında bədii gimnastika üzrə Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb.

 

Modern.az xəbər verir ki, A.Cəlilova topla fərdi hərəkətlərdə 19," bal toplayaraq gümüş medalın sahibi olub. Qızıl medalı Rusiya təmsilçisi Lala Kramarenko (21,525 bal), bürünc medalı isə Belarus təmsilçisi Arina Krasnorutskaya (18,475 bal) qazanıblar.

 

Bundan əlavə, Azərbaycan gimnastı iplə fərdi hərəkətlərdə 14,4 bal toplayaraq bürünc medal qazanıb. 

 

Rusiya təmsilçisi Anastasiya Simakova (20,6 bal) qızıl, İtaliya təmsilçisi Sofiya Raffaeli isə gümüş medalların sahibi olublar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi