Modern.az

Prezident XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışında  - VİDEO

Prezident XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışında  - VİDEO

21 İyul 2019, 20:37

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi açılış mərasimdə idmançıların paradı da başa çatıb.

Modern.az xəbər verir ki, Azərbaycan millisi yarışın ev sahibi kimi paraddan sonuncu keçib. Bayrağımızı 15 yaşlı cüdoçumuz Vüqar Talıbov daşıyıb.

Qeyd edək ki,  “Crystal Hall”da təşkil olunan açılış mərasiminin paradında Olimpiya ənənəsinə uyğun şəkildə Yunanıstan təmsilçiləri birinci keçiblər. Sonra isə digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxıblar.

Xatırladaq ki, Bakı-2019 iyulun 27-də başa çatacaq.

 

***

 

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi başlayıb.


Modern.az-ın  məlumatına görə,  yeddi gün davam edəcək yarışın rəsmi açılış mərasimi Bakı Kristal Zalında keçirilir.

Açılış mərasimini Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyirlər.

Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmur. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır. Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarış üçün paytaxtımızdadır.

İştirakçı ölkələrin keçəcəyi paradda Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq.

14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Qeyd edək ki, 1991-ci ildən keçirilən festivalı ilk dəfə qəbul edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır. Ölkəmizi 10 növdə 122 idmançı təmsil edir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır