Modern.az

Mafiozlarla əlaqəyə girən erməni konsul barədə qərar

Mafiozlarla əlaqəyə girən erməni konsul barədə qərar

21 İyul 2019, 21:16

Belçika Ermənistan mafioz strukturlarla əməkdaşlıqda ittiham olunan sabiq konsulunu İspaniyaya ekstradisiya edir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 24-də Hollandiya aeroportunda Ermənistanın İspaniyadakı sabiq konsulu Tiqran Babayan tutulub. O, Madriddə və Barselonada Artur Vardanyanın rəhbərlik etdiyi kriminal strukturlarla əməkdaşlıqda ittiham edilib.

Tiqran Babayan tütün qaçaqmalçılığı ilə məşğul olan şəxslərə saxta pasportların və sənədlərin, həmçinin vizaların verilməsində aldığı rüşvətə görə İspaniya məhkəməsi qarşısında duracaq.

Konsulun öz vəzifəsindən sui-istifadə etməsi faktı ittihamı daha da ağırlaşdırır. Çünki İspaniya hakimiyyət orqanları tərəfindən saxlanılan zaman sənədin həqiqi olmasına şübhə yarandığı halda, konsula müraciət edilir. Konsul da, öz növbəsində, sənədi verməklə onun orijinallığını təsdiqləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi