Modern.az

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Aktual

21 İyul 2019, 21:33

Bakıda yaşayış binasında təhlükə aradan qaldırılıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər  verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər daş parçalarını götürərək sakinlərin təhlükəsizliyini təmin ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!