Modern.az

Akif Səmədin yeni kitabı çıxıb

Akif Səmədin yeni kitabı çıxıb

30 Yanvar 2012, 16:06

Çağdaş Azərbaycan poeziyasının isedadlı və tanınmış nümayəndəsi Akif Səmədin “Seçilmiş əsərləri”nin birinci cildi (şerlər) “Oka-Ofset” nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan çıxıb.

Oxucular bu cilddə Akif Səmədin indiyədək işıq üzü görmüş “Qiblə yelləri”, ”Uzaqlardan gəlirik”,  “Adəmdən...”, “Ömrü özünə yaşasan” və “Özümə yol” kitabları eləcə də indiyədək heç yerdə nəşr olunmamış şerləri ilə tanış ola biləcəklər.

Kitaba ön sözü Türkiyənin 9 eylül Unversitesinin professoru, şair Məmməd İsmayıl, sön sözü isə tənqidçi Bəsdi Əlibəyli yazıb.

Həmçinin kitabda Akif Səmədin İncəli rəssamlar Məmməd Dəmirçioğlu, Nəvai Məmmədoğlu və Qafar Sarıvəlli tərəfindən çəkilmiş portiretləri verilib.

478 səhifəlik kitabın tərtib edib-toplayanı  Ramiz Hümmətov və Həmid Ormanlı,   rəssamı Nəvai Məmmədoğlu, redaktorları Aydın Qurbanoğlu və Bəsdi Əlibəyli, nəşrə hazırlayanları isə İbrahim İlyaslı və Ehtiram İlhamdır.

Kitabın təqdimatı fevralın 4-də Atatürk Mərkəzində keçiriləcək.

Oxucular kitabı yaxın günlərdən etibarən kitab mağazalarından əldə edə biləcəklər.

Məlumatı Modern.az saytına Həmid Ormanlı verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi