Modern.az

Azərbaycan  güləşçilərinin rəqibləri bəlli oldu

Azərbaycan  güləşçilərinin rəqibləri bəlli oldu

Aktual

21 İyul 2019, 21:52

Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışlarında növbəti püşkatma mərasimi keçirilib.

Modern.az APA-ya istinadən xəbər verir ki, sabah xalça üzərinə çıxacaq 7 çəki dərəcəsində püşk atılıb.

Azərbaycan yığmasının üzvlərinin də rəqibləri bəlli olub. Yunan-Roma və sərbəst güləşin hərəsində 2, qadın güləşində 3 idmançımızın ilk rəqibi bilinib.

Sərbəst güləş

48 kq, 1/8 final Mircavad Nəbiyev - Maqomedamin Bekbulatov (Rusiya)

60 kq, 1/8 final Sabir Cəfərov - Marsel Deli (Macarıstan)

Yunan-Roma güləşi

48 kq, 1/8 final Qurban Qurbanov - Kaçper Karaskieviç (Polşa)

60 kq, 1/8 final Həsrət Cəfərov - Donatas Rindeikis (Litva)

Qadın güləşi

46 kq, 1/8 final Gültəkin Şirinova - Jutta Ala-Ranta (Finlandiya)

49 kq, 1/4 final Lalə Mirzəyeva - Mihaela Samoil (Moldova)

61 kq, 1/8 final Mərziyə Sadıqova - Manola Skobelska (Ukrayna)

Qeyd edək ki, ilk yarış günündə güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?