Modern.az

Seçki ilə bağlı 33 cinayət işi başlanıldı

Seçki ilə bağlı 33 cinayət işi başlanıldı

21 İyul 2019, 21:58

Ukraynada keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı seçki qanunvericiliyinin pozulmasına dair 2000-ə yaxın məlumat daxil olub.

Modern.az  Ukrayna mediasına istinadən xəbər verir ki, bu şikayətlərin araşdırılması nəticəsində 41 administrativ protokol və 33 cinayət işi açılıb. Ən çox pozuntular Donetsk, Dnepropetrovsk, Odessa vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb və axşam saat 20:00-da bağlanacaq.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi