Modern.az

Fransada senatorların ermənipərəst qanuna qarşı çıxmasında Mehriban Əliyevanın böyük rolu olub

Fransada senatorların ermənipərəst qanuna qarşı çıxmasında Mehriban Əliyevanın böyük rolu olub

30 Yanvar 2012, 16:28

Bahar Muradova: “İlham Əliyevin də gözəl sözü var: “Qardaşın qardaşı üçün etdiklərini reklam eləməzlər””

“Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanuna senatorlardan kimlərsə qarşı çıxırsa, burada Mehriban xanım Əliyevanın da rolu olduğunu bilməlisiniz”.
Modern.az saytı bildirir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova “Sənədlə bağlı Azərbycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hansı istiqamətdə fəaliyyət göstərəcəyi” sualına cavabında deyib.

Bahar Muradovanın fikrincə, bu məsələ ilə bağlı Prezident İlham Əliyevin də gözəl fikri var: “Qardaşın qardaşı üçün etdiklərini reklam eləməzlər”.
“Bildiyiniz kimi, Azərbycan- Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Mehriban Əliyeva rəhbərlik edir. Onu da bilməlisiniz ki, bu gün Fransa Senatında senatorlardan kimlərsə bu sənədə qarşıdırsa, bu məsələdə Azərbycan- Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, eyni zamanda Mehriban xanım Əliyevanın böyük rolu olub”.

Vitse-spiker onu da qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin hər biri Fransa Senatının çıxardığı qanunla bağlı Azərbaycanın mövqeyini ciddi çəkildə nümayiş etdirirlər.

B.Muradova bildirib ki, Türkiyə Fransanın Əlcəzairdə törətdiyi soyqırımı məsələsinə toxunur: “Əlbəttə, Fransanın üzqarası olan məsələlər gündəmə gətirilməlidir. Amma hesab edirəm ki, yaxın tarixdə baş vermiş, şahidləri və şəhidləri mövcud olan Xocalı soyqırımı məsələsini gündəmə gətirmək daha effektli olar. Xocalı soyqırımı dünyada erməniləri ifşa edəcək məsələdir”.

Jurnalistlərin "Milli Məclis yenidən Fransa Senatı ilə bağlı hər hansı sənəd qəbul edə bilərm"i sualına B.Muradova "Fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasında şübhısiz ki, deputatlar məsələ ilə bağlı fikirlərini bildirəcəklər"-deyə bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi