Arxiv
22 İyul 2019, 12:10 | AKTUAL
Əbülfəs Qarayevdən jurnalistlərə TƏBRİK

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini təbrik edib.

 

Modern.az-ın xəbərinə görə, təbrikdə bildirilir ki, bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub. Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edirik.

 

Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə də sovet dövrünün məlum ideoloji çərçivələrində belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verib. Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi.

 

Təbrikdə vurğulanır ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının gerçək ifadəsidir.

 

“Məmnunluqla qeyd edə bilərəm ki, Mədəniyyət Nazirliyi ilə mətbuat qurumlarının fəal əməkdaşlığı sayəsində mədəni irsimiz, incəsənətimiz geniş təbliğ edilir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Bundan sonra da nazirlik olaraq bu istiqamətdə səylərimizi davam etdirərək mətbuat orqanları ilə yaxından əməkdaşlıq edəcəyik”, – deyə təbrikdə qeyd olunur.

 

Nazir Əbülfəs Qarayev sonda bir daha bütün jurnalistləri Milli Mətbuat Günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edib, cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həccə gedənlərin ilk qrupu Bakıya qayıtdı 21 Avqust 2019, 15:04 Bakıda DƏHŞƏT: uşaq və qadın Kamazın altından son anda xilas oldu - VİDEO 21 Avqust 2019, 14:52 Tramp Danimarka səfərini təxirə saldı 21 Avqust 2019, 14:30 Cəbhədə monitorinq insidentsiz başa çatıb 21 Avqust 2019, 14:17 BSU-nun tanınmış müəllimindən nazirə MÜRACİƏT  “İki övladım var...” 21 Avqust 2019, 14:06 Azərbaycanda vəzifəli şəxslər niyə gəlir deklarasiyası vermirlər... 21 Avqust 2019, 14:02 Bakıya gətirilən yeni liftlər hansı binalarda quraşdırlacaq? - AÇIQLAMA 21 Avqust 2019, 13:51 Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq 21 Avqust 2019, 13:51 Səfir Vilayət Quliyev: “Allah sözündən sonra ikinci ən müqəddəs söz Əsgər olmalıdır” 21 Avqust 2019, 13:44 AFFA bu klubları CƏRİMƏLƏDİ 21 Avqust 2019, 13:38 Pilotun xanımı: “Rəşadın iki balası adını layiqincə davam etdirəcək” 21 Avqust 2019, 13:35 Bu yay 29 nəfəri gün vurub 21 Avqust 2019, 13:32 Nazirlik rəsmisi məsuliyyətsiz insanları İTTİHAM ETDİ 21 Avqust 2019, 13:27 Rusiyada 25 yaşlı azərbaycanlı göldə boğuldu 21 Avqust 2019, 13:24 Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? - Mümkün EHTİMALLAR 21 Avqust 2019, 13:12 Sabah gözlənilən hava şəraiti AÇIQLANDI 21 Avqust 2019, 13:02 “Etibar Əliyev siyasətlə məşğul olmaq istəmədi” - Fazil Mustafa jurnalistlə təhsil ekspertinin davasından DANIŞDI 21 Avqust 2019, 12:51 “Hirkan”dakı yanğını söndürə bilmirlər - YENİLƏNİB + VİDEO 21 Avqust 2019, 12:22 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb 21 Avqust 2019, 12:19 İcra başçısı daha bir kənddə səyyar görüş keçirdi 21 Avqust 2019, 12:15 Türklər erməni futbolçuya 2,2 milyon avro ödəyəcək 21 Avqust 2019, 11:56 Pilotumuz II Fəxri Xiyabanda dəfn olundu - YENİLƏNİB +FOTOLAR 21 Avqust 2019, 11:52 Azərbaycanda avtomobillərin buraxdığı zərərli qazların miqdarı yoxlanılır 21 Avqust 2019, 11:15 Allahın sevimli bəndəsi 21 Avqust 2019, 10:56 Əcnəbilərlə quda olan məmurlarımız - Elmar Məmmədyarov bu sırada ilk deyil 21 Avqust 2019, 10:54 Hirkan qoruğunda yanğının ətrafa yayılmasının qarşısı alınıb - FOTO 21 Avqust 2019, 10:44 Bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olundu - FOTOLAR 21 Avqust 2019, 10:20 “Abituriyent” jurnalının 9-cu və 10-cu sayları çıxdı 21 Avqust 2019, 10:10 Müəllimlərin işə qəbulu - bu gün daha 747 namizəd müsahibə olunacaq 21 Avqust 2019, 10:03 Müsavatdan Qabil Hüseynliyinin çağırışına REAKSİYA: “Dəfndə iştirak etmərik, amma...” 21 Avqust 2019, 09:53 “Rusiyanın ən varlı varisi” azərbaycanlıdır - REYTİNQ 21 Avqust 2019, 09:41 Ermənistan atəşkəsi 23 dəfə pozdu 21 Avqust 2019, 09:30 Hamıdan uşaq, hamıdan qoca - 55 yaşlı Rəşad Məcid 21 Avqust 2019, 09:20 Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ 21 Avqust 2019, 08:48 206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ 21 Avqust 2019, 08:28