Arxiv
22 İyul 2019, 13:14 | AKTUAL
“Azərsu” sədri vətəndaşları qəbul etdi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 19 iyul 2019-cu il tarixində Şəki şəhərində  Şəki və Qax rayonlarından olan sakinləri qəbul edib.

 

 

Modern.az xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və  Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

“Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin  inzibati binasında keçirilən qəbulda Şəki və Qax rayonlarından olan 25 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya xidmətlərinin, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

 

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

 

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Qəbuldan sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icra vəziyyəti ilə tanış olub, tikinti-quraşdırma işləri davam edən ərazilərə baş çəkib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59