Arxiv
22 İyul 2019, 16:48 | AKTUAL
İsmayıllıda yol polisi ilə görüş keçirildi - Problemlər müzakirə edildi 

Jurnalistika və İnkişaf Mərkəzi İcrtimai Birliyi Avtosfer.az portalı ilə birlikdə “Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” adlı layihənin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində İsmayıllı rayonunda yol polisiləri, sürücülər, ekspertlərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdən əvvəl İsmayıllı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımovla görüş keçirilib. Ş.Kazımov tədbirin məhz İsmayıllı rayonunda keçirilməsinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, rayon ərazisində son 6 ayda polis tərəfindən həyata keçirilən tədbirlər öz səmərəli nəticəsini verməkdədir. “Qarşımıza qoyduğumuz əsas məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir. Bu gün istənilən rayon sakini qarşılaşdığı problemi bizə rahat şəkildə bildirir. Polis də əlindən gələni edir ki, vətəndaşlar qarşılaşdığı problemli məsələləri həll etsin”.

Tədbiri giriş sözü ilə açan Jurnalistika və İnkişaf Mərkəzinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı bildirib ki, əsas məqsəd polisin cəmiyyətdə önəmli rolu çatdırmaq, nüfuzunu daha da artırmaq, eyni zamanda xidmətdə fərqlənən polis əməkdaşlarını və nümunəvi sürücüləri mükafatlandırmaqdır. E.Muradlı polis peşəsinin çətin olduğu qədər şərəfli bir peşə olduğunu da diqqətə çatdırıb. Bildirib ki, xüsusilə, yol polislərinin əziyyəti çox böyükdür. “Bəzən polis, xüsusilə də yol polisləri haqqında cəmiyyətdə neqativ fikir formalaşdırmaq istəyənlər olur. Amma elə həmin insanların özü kiçik bir problemlə qarşılaşanda polisə üz tutur. Təsəvvür edin ki, yol polisi bir gün xidməti dayandırsa hansı xaos baş verə bilər.”

 

Elməddin Muradlı yol polislərini diqqətli olmağa, vətəndaşlarla ünsiyyət zamanı qanunlar çərçivəsində hərəkət etməyə çağırıb. “Son zamanlar yol hərəkəti qaydalarını mükəmməl şəkildə bilən sürücülərin sayı artıb. Çox zaman sosial şəbəkələrdə sürücünün yol polisinə qanundan sual verərək onu çətin duruma salması videolarına da rast gəlirik. Bu cür hallar təəssüf doğurur. Mən polisimizi belə aciz durumda görmək istəməzdim. Ona görə də, tövsiyyə edərdim ki, yol polislərimiz qanunları daha mükəmməl şəkildə öyrənsinlər. Bilmədiklərini ekspertlərdən, hüquqşünaslardan soruşsunlar. Nəticədə daha keyfiyyətli xidmət göstərə bilsinlər”.

Tədbirdə çıxış edən hüquqşünas Ərşad Hüseynov bildirib ki, yol hərəkəti təhlükəsizliyi məsələsi bu gün ən önəmli yer tutur. “Yol qəzalarında ölənlərin sayı müharibədə ölənlərdən qat-qat çoxdur. İstər sürücülər, istərsə də yol polisləri təhlükəsizliyin təmin edilməsində fəaliyyət göstərməlidir. Sürücü qanunlara əməl etsə, eyni zamanda yol polisi nəzarəti daim saxlasa düşünürəm ki, bu problemlər minimuma enə bilər. Amma təssüflər olsun ki, bir çox hallarda sürücülər öz təhlükəsizliyini, yaxınlarını belə düşünmədən yollarda qaydaları pozurlar. Bu isə nəticədə ağır qəzalara səbəb olur.”

Çıxış edən İsmayıllı rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik –leytenantı Cavanşır Hüseynov bildirib ki, qarşıya qoyulmuş məqsədlərin icrası üçün polis gecə-gündüz fəaliyyət göstərir. “Ən xırda bir hadisə bel diqqtdən yayınmır. Çünki bu an üçün xırda görünən məsələ qarşıda ciddi problemlər yarada bilər.”

Ekspert Ramil Osmanlı çıxış edərək bildirib ki, yollarda təhlükəsizliyin təmini məhz yol polislərin üzərinə düşür. “Yol polisinin fəaliyyəti danılmazdır. Onlar bəzən özlərinə aid olmasa belə vətəndaşların köməyinə çatırlar. Dəfələrlə yolda vəziyyəti pisləşən insanları məhz yol polisi xəstəxanaya çatdırıb, onlaın hətayını xilas edib. Bu faktlar kifatəy qədərdir.”

Tədbirdə Avtosfer.az saytı tərəfindən hazırlanmış diplomlar xidmətdə seçilən yol polislərin təqdim olunub. İsmayıllı rayon Yol polisi Şöbəsinin 3 əməkdaşı – Nicat Abbasov, Rəşad Qasımov və Rafiq Əzizov nümunəvi xidmətə görə diplomlarla təltif olunub. Onlar bu diqqət görə Avtosfer.az saytına təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bundan sonra da numunəvi xidmətlərini davam etdirəcəklər. Tədbirdə iki numunəvi sürücü də mükafatlamndırılıb. Rayonun İvanovka kənd sakini Lyokin Sergey Nikolayoviç və İsmayıllı şəhər sakini Seyfəddin Məmmədov nümunəvi sürücü diplomu ilə təltif olunub.

Sürücü Seyfəddin Məmmədov çıxış edərək xüsusilə gəncləri diqqətli olmağa çağırıb. Bildirib ki, 30 ildir avtomobil idarə edir və hər zaman qaydalara əməl edib. “Sürücülərə tövsiyə edirəm ki, qanunlar çərçivəsində avtomobil idarə etsinlər. Bu ilk əvvəl onların özlərinə xeyirdir.”

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Universitet tələbəsi dünya kubokunun qalibi oldu 16 Dekabr 2019, 15:10 “Nəsiminin dünyaya gəldiyi məkan bəlli deyil” - MÜSAHİBƏ   16 Dekabr 2019, 15:08 Türkiyə parlamenti TÜRKPA-ya sədrliyi Milli Məclisə verəcək 16 Dekabr 2019, 15:00 AzTV yayım formatını dəyişir 16 Dekabr 2019, 14:54 “Azəriqaz” iddiaları rədd etdi - “Həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”   16 Dekabr 2019, 14:51 Qarabağ Azadlıq Təşkilatının İsraildə  nümayəndəliyi yaradıldı 16 Dekabr 2019, 14:40 Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını AÇIQLADI 16 Dekabr 2019, 14:31 Kürdə suyun səviyyəsi yarım metrdən çox artıb – Baş hidroloq 16 Dekabr 2019, 14:21 Putin Yeni İli necə qeyd edəcək? 16 Dekabr 2019, 14:20 Gürcüstandan görün nə gətirdilər - FOTOLAR 16 Dekabr 2019, 14:10 Təhsil idarəsi mərkəzdəki partlayışla bağlı məlumat YAYDI 16 Dekabr 2019, 14:03 Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ 16 Dekabr 2019, 13:32 Rusiya gizli silahını işə saldı – NATO narahat qaldı 16 Dekabr 2019, 13:31 Seçkiləri saxtalaşdıranları bu cəzalar gözləyir - həbs, cərimə, küçə süpürmək.. 16 Dekabr 2019, 13:28 Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır 16 Dekabr 2019, 13:21 Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək 16 Dekabr 2019, 13:16 “Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov 16 Dekabr 2019, 13:10 Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib - FOTO 16 Dekabr 2019, 13:06 Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot… 16 Dekabr 2019, 13:02 Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi” 16 Dekabr 2019, 12:56 İcra başçısı müşavirə keçirdi 16 Dekabr 2019, 12:52 Konfutsi Institutu Azərbaycan televiziyasının efirində - FOTO   16 Dekabr 2019, 12:46 Bakıda Yeni il yolkalarının quraşdırılmasına başlanıldı 16 Dekabr 2019, 12:40 “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək 16 Dekabr 2019, 12:34 Bakıda evdən 20 min manat oğurlanıb 16 Dekabr 2019, 12:29 Ağır xəstə Novruz Salmanov yaşamaq üçün kömək istəyir 16 Dekabr 2019, 12:24 Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?.. 16 Dekabr 2019, 12:18 Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” tətbiq olunur 16 Dekabr 2019, 12:17 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXIrLAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38