Bu gün Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanı yaxınlığındakı bir otelin ətrafında partlayan bomba 17 can alıb.
Hücuma görə, “Əş Şabab” terror qruplaşması məsuliyyəti üzərinə götürüb.
Terror təşkilatı BMT-nin dəstəklədiyi Somali hökumətini devirmək üçün çalışır.