Modern.az

Nazirlik havalarla bağlı yenidən xəbərdarlıq etdi

Nazirlik havalarla bağlı yenidən xəbərdarlıq etdi

31 Yanvar 2012, 09:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-də və fevralın 01-də soyuq diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın oksigenlə zəngin və təmiz olması müsbət amildir. Fevralın 02-də hava şəraitinin yenidən kəskinləşməsi, güclü xəzri küləyi və qarla müşayət olunan bərk şaxtalı hava meteohəssas insanlar üçün çox əlverişsizdir. Bu zaman uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir