Modern.az

Azərbaycan hərbçilərinin qatılacağı beynəlxalq tədbirlər açıqlandı

Azərbaycan hərbçilərinin qatılacağı beynəlxalq tədbirlər açıqlandı

Aktual

31 Yanvar 2012, 10:04

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ermənilər işğal olunmuş ərazilərimizdən atəşkəsi pozmaqda davam edirlər.

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 30-da saat 10.50-dən 11.00-dək, 11.10-dan 11.30-dək  və 23.40-dan 23.50-dək Ağdam rayonunun Şuraabad, Baş Qərvənd və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- yanvarın 31-də saat  00.20-dən 00.25-dək və 06.35-dən 06.40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 04.00-dan 04.20-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


***

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən Modern.az-a gələn ay ölkəmizin iştirak edəcəyi beynəlxalq hərbi tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, fevralın 6-7-də Bakıda  NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Azərbaycanda hüquq üzrə təlim kursu keçiriləcək.

Fevralın 6-10-da Ankarada terrorizmlə mübarizənin hüquqi aspektləri mövzusunda kursda Azərbaycan və türkiyə hərbçiləri iştirak edəcəklər.

Fevralın 7-9-da  Azərbaycan-ABŞ iş planına əsasən, Azərbaycan hərbçiləri Litvada NATO təliminin sinxronlaşma konfransına, fevralın 8-də ABŞ-da piyada kapitanları kursuna qatılacaqlar.

Azərbaycan - ABŞ işçi qrupunun növbəti iclası isə Qarmişdə (AFR) fevralın 9-10-da keçiriləək.

Hərbçilərimiz bu il fevralın 12-dən iyulun 9-dək Rumıniyada orta səviyyəli intensiv ingilis dili kursunda iştirak edəcəklər.

Azərbaycan-Türkiyə ikitərəfli kurslar planına əsasən 13.02.-09.04.2012 tarixlərində İstanbulda partlayıcı maddələrin aşkarlanması kursu, 13-17.02.2012 tarixlərində Oberamerqauda (Almaniya) sahib ölkə dəstəyi kursu keçiriləcək.

2012-ci il üçün Fərdi Tərəfdalıq üzrə Əməkdaşlıq Planının müzakirəsi məqsədilə ekspert-qərargah görüşü 13 fevralda Brüsseldə baş tutacaq.

Azərbaycan-BB ikitərəfli əməkdaşlıq proqramına əsasən, 13-24 fevral 2012-ci ildə Çüxiyada çoxmillətli sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi kursu təşkil olunacaq.

Fevralın 14-də Bakıya hərbi təlim və təhsil sahəsində SQ-də aparılan islahatlara NATO yardaımının icmalının aparılması məqsədilə NATO/ABŞ ekspertlərinin səfəri olacaq.

Azərbaycan-ABŞ iş planına əsasən, 15.02-16.10.2012 tarixlərində ABŞ-da səhra artilleriya təməl lider zabit kursunda hərbçilərimiz də iştirak edəcəklər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi