Modern.az

Bakı 2019da türkiyəli basketbolçu dizindən travma aldı

“Bakı 2019”da türkiyəli basketbolçu dizindən travma aldı

Aktual

23 İyul 2019, 10:06

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə,iyulun 22-də "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub. 

 

Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 

 

18 yaşlı türkiyəli qiz basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası KTM-ə çatdırıb. 

 

Yardım edildikdən sonra buraxılıb, vəziyyəti normaldır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!