Modern.az

Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsi yaradıldı

Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsi yaradıldı

31 Yanvar 2012, 11:21

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN “Twitter” (MFA_Press Service) səhifəsi yaradılıb. Bu barədə Modern.az-a XİN mətbuat xidmətindən məlumat verilib.

“XİN-in “Twitter” səhifəsinin yaradılması ilə xarici siyasətimizə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının və press-relizlərin operativ şəkildə oxuculara çatdırılması təmin olunacaqdır” deyə mətbuat xidmətindən bildirilib.

“Twitter” səhifəsinə (www.twitter.com/AzerbaijanMFA) linki ilə daxil ola bilərsiniz.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür