Modern.az

Bu gün Səbail və Qaradağ rayonlarının içməli suyu kəsiləcək

Bu gün Səbail və Qaradağ rayonlarının içməli suyu kəsiləcək

31 Yanvar 2012, 11:33

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Bununla əlaqədar yanvarın 31-də gün ərzində Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib. Məlumat Modern.az-a Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi