Arxiv
23 İyul 2019, 12:59 | AKTUAL
“Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz  

Hazırda bir neçə tutarlı səbəb var ki, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlamayacaq. Lakin bu o demək deyil ki, hərbi variant tamamilə istisna etmək lazımdır. 

 

Virtualaz.org xəbər verir ki, bu haqda Avstriyanın “Contra Magazin” nəşri yazır. Məqalədə deyilir ki, 2003-cü ildə İraqla müharibədən fərqli olaraq ABŞ administrasiyasından və onun müttəfiqləri arasında İrana qarşı müharibəni başlatmaq arzusunda olanlar yoxdur. Əksinə, ABŞ-ın Tehrana qarşı aqressiv kursu hətta onun müttəfiqlərinin də fəal müqaviməti ilə qarşılaşır. Heç kim bahalı, mənasız müharibədə iştirak etmək istəmir. Elə müharibədə ki, onu udmaq mümkün deyil.

 

“Habelə Rusiya və Çinin xəbərdarlıqları var. Hər iki ölkə bu müharibəni böyük səhv və təhlükəsizliyə qlobal təhdid sayır. Moskva habelə İrana qonşu ölkələrə axın edib stabilliyi təhdid edə biləcək qaçqın seli barədə xəbərdarlıq edir”,-nəşr yazır.

 

Lakin bu, hələ hamısı deyil. İraqdan fərqli olaraq İran hərbi baxımdan xeyli dayanıqlıdır. Onun yaxşı təlim görmüş və düzgün təchiz edilmiş ordusu var. Bundan əlavə İranla müharibə ABŞ üçün həddən artıq baha başa gələ bilər. Vaşinqton Əfqanıstandakı müharibəyə bu vaxta qədər 3 trilyon dollardan çox xərclədiyi halda İranla müharibəni uda bilməzdi.

 

“Contra Magazin” qeyd edir ki, ABŞ-ın İranla müharibəni qısa vaxtda udmaq üçün vasitələri yoxdur, ona görə də Vaşinqtonun ildırımsürətli qələbəsi istisnadır və bu müharibə onun on milyardlarla dollarını “uda” bilər. Hələ ABŞ ordusunun canlı qüvvə və texnika itkiləri haqda danışmasaq. Müttəfiqləri bu müharibəyə qoşulmaq istəmədiyindən əsas zərbəni endirməyi ABŞ üzərinə götürməli olacaq.

 

“Bundan əlavə qalib gəlmək üçün ABŞ nəhəng sayda quru qüvvələrini İrana yeritməlidir. Bu qoşunlar ancaq İrana qonşu ölkələr üzərindən keçə bilər. Təxmin etmək olar ki, nə Pakistan, nə Əfqanıstan, nə Türkmənistan, nə də Azərbaycan və İraq buna razılıq verməzdi. Bu, on minlərlə alman, britaniyalı, fransız, polyak və ya ispan quru qoşunlarının İrana quru müdaxiləsini dəstəkləmək üçün cəmləşdirilməsinə də aiddir”,-nəşr belə yazır.

 

“Contra Magazin” qeyd edir ki, hərbi baxımdan amerikalıların ancaq kütləvi və əhatəli aviazərbələr endirmək imkanı var. Üstəgəl ABŞ Hərbi Dəniz Qüvələrinin İran sularında konsentrasiyası və oradan quruya kütləvi raket zərbələrinin endirilməsi mümkündür.

 

Lakin ABŞ aviasiyası İrana kütləvi zərbələr endirmək üçün bu ölkənin güclü havadan müdafiə sistemlərini dəf etməlidir, bu da böyük itkilərlə müşaiyət olunabilər. 

 

“Hətta ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton və ya dövlət katibi Mayk Pompeo kimi müharibə qızışdırıcıları olsa da hazırda müharibənin başlanması ehtimalı çox aşağıdır. Ən azından o vaxta qədər ki, həmin “qırğılar” və neokonservatorlar öz dağıdıcı planları üçün müttəfiqləri tapa bilsinlər”,-nəşr yazır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44 Deputatın həbs edilən qardaşı oğlu kimdir? 19 Avqust 2019, 23:26 Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı 19 Avqust 2019, 23:12 Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 19 Avqust 2019, 22:52 "Neftçi" yenə xal itirdi 19 Avqust 2019, 22:33