Modern.az

Deputat Azərbaycanda orta məktəblərin 12 illik olmasını təklif edir

Deputat Azərbaycanda orta məktəblərin 12 illik olmasını təklif edir

31 Yanvar 2012, 11:40

“Azərbaycanda orta məktəblərdə təhsilin müddəti 12 il olmalıdır”. Modern.az saytı xəbər verir ki, bu təkliflə Milli Məclisin elm və təhsil komitəsinin üzvu, “Odlar Yurdu” Universitetin rektoru  Əhməd Vəliyev çıxış edib.

Deputat bildirib ki, orta məktəblərdə 10 il ümumi təhsilin təhsilin bazasını, 2 il istiqamətləri təşkil etməlidir:

“Az sayda şagird var ki, bütün fənlər onlar tərəfindən mənimsənilir. Bəzən cəmiyyətdə belə bir fikir səslədirilir orta məktəb proqramını mənimsəyən şagirdlər Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) imtahanından keçə bilmirlər. Buna səbəb o göstərilir ki, güya proqram zəifdi. Amma bunu bilmək lazımdır ki, TQDK-nın test tapşırıqları orta məktəb proqramlarına uyğun şəkildə hazırlanır, sadəcə şagirdlərin fənləri mənimsəmə məsələsi problem yaradır”.

Ə. Vəliyev  deyib ki, ən optimal variant kimi orta məktəblərdə 10+2 variantına üstünlük verir: “Dünyanın bir çox ölkəsində orta məktəblər 12 ildir və belədə bu daha yaxşı nəticə verir. Biz də bunu həyata keçirsək, daha yüksək göstərici əldə edə bilərik”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər