Modern.az

Müsavat meriyadan cavab gözləyir

Müsavat meriyadan cavab gözləyir

31 Yanvar 2012, 11:43

Tofiq Yaqublu: “Qurultayın keçirilməsi üçün yerlə bağlı müraciətimizə cavab ala bilmirik”

Musavat Partiyasının qurultayının keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətinə hələ də cavab verilməyib. Bu barədə Modern.az saytına Musavat Partiyasının başqan müavini Tofiq Yaqublu  məlumat verib.

T.Yaqublu deyib ki, bu gün səhərdən BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanova əlaqə saxlamağa cəhd etsə də, buna nail ola bilməyib.

Başqan müavini müraciətlərinə müsbət cavab almaq üçün bu günlərdə daha ciddi addımlar atacaqlarını da istisna ertməyib.

Müsavat Partiyası martın 3-4-də keçirməyi planlaşdırdığı qurultay üçün Əli Oyunları İdman Sarayının ayrılması ilə bağlı bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır