Modern.az

“Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov

“Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov

Aktual

24 İyul 2019, 00:33

"Bütün fikrimizi oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Oyuna tam konsentrasiya olmalıyıq".

Modern.az  xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov İrlandiyada “Dandolk”la keçirəcəkləri UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

“Süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsentrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqqında demək olmaz. Bilirik ki, bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq”, - deyə Q.Qurbanov qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır