Modern.az

Bakıdakı mağazada külli miqdarda saxta zinət aşkarlandı

Bakıdakı mağazada külli miqdarda saxta zinət aşkarlandı

31 Yanvar 2012, 13:25

 Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən  “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun tələblərinə əməl edilməsi ilə bağlı sahibkarlıq subyektlərində dövlət əyar nəzarəti tədbirləri davam etdirilir. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllə ünvanında yerləşən “Çiçək” kooperativinə məxsus “Sofulu” Ticarət Mərkəzində  dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı müəyyən edilib.

Belə ki, adı çəkilən Ticarət Mərkəzində aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 3515 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Həmçinin, alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 30 %-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarını almağı tövsiyyə edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı