Modern.az

Tramp Türkiyəyə görə senatorla mübahisə edib

Tramp Türkiyəyə görə senatorla mübahisə edib

24 İyul 2019, 16:23

ABŞ prezidenti Donald Trampın dünən Ağ Evdə bağlı qapılar arxasında respublikaçı senatorlarla görüşü zamanı yüksək vəzifəli bir şəxslə mübahisə edib.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən bildirir.

 

İclasda ABŞ lideri Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ceyms E. Riçlə mübahisə edib.

 

Tramp sanksiyalar əvəzinə Türkiyə ilə müzakirə aparılmasını dəstəkləyib. Trampın bu münasibəti yığıncaqda gərginliyə səbəb olub və Riçlə mübahisə etməyə başlayıblar.

 

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb. Bu isə ABŞ-la Türkiyə arasında gərginliyi artırıb.

 

Vaşinqtonda Türkiyəyə qarşı sanksiyaların işə salınması üçün müzakirələr aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı