Modern.az

Sarı zolaqlar sürücüləri çaşdırmasın – XƏBƏRDARLIQ

Sarı zolaqlar sürücüləri çaşdırmasın – XƏBƏRDARLIQ

24 İyul 2019, 16:29

Bakıda keçirilən 2019 Avropa Gənclər Yay Olimpiya Festivalı səbəbilə paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası davam edir. Festival iştirakçılarının rahat hərəkətini təşkil etmək üçün tətbiq edilən qadağa bəzən paytaxt küçələrində problem yaradır. Belə ki, bəzi ərazilərdə sarı zolaqların əsasən sağ tərəfində olan zolaqda taksilər qanunsuz parklanma edir. Digər sürücülər məcbur olub sarı zolağa daxil olurlar.

Bəs görəsən belə olduğu halda sürücülər cərimələnirmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, belə faktlar nəzarətdədir.

 

“Bu hallar sürücüləri çaşdırmamalıdır. Biz çalışırıq ki, həmin ərazilərdə taksi fəaliyyəti ilə məşğul olanlar dayanmasın ki, belə faktlar da olmasın. Ayrıca dayanma-durmadan başqa sarı zolaqlara bitişik olan ərazilərdə küçə ticarətinin də pis vəziyyətdə olması bizim diqqətimizdədir. Onlara da müraciət etmişik ki, heç olmasa Bakıda keçirilən bu idman oyunları ilə əlaqəli ölkəmizə gələn qonaqların gözündə Azərbaycanla bağlı pis mənzərə yaranmasın”.

 

V.Əsədovun sözlərinə görə, avtomobillərin hərəkət sürəti biraz aşağı olsa da, ümumulikdə böyük bir sıxlıq müşahidə olunmur.

 

“Bu yaxşı göstəricidir, pis göstərici demək olmaz. Polis gücləndirilmiş iş rejimində işləyir. Sıxlığın olduğu yerlərdə əməkdaşlarımız olur və yolu qaydasına salırlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir