Modern.az

S-400-lərin ikinci partiyası Çinə aparılır

S-400-lərin ikinci partiyası Çinə aparılır

Dünya

24 İyul 2019, 16:48

Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin Çinə göndərilməsinin ikinci mərhələsi başlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daşınma Sankt-Peterburq yaxınlığındakı Ust-Luga limanından edilir.

Çin 2014-cü ildə Rusiya ilə imzaladığı müqavilə ilə S-400 hava hücumu müdafiə sisteminin ilk xarici alıcısı olub.

Sistemin göndərilməsinin ilk mərhələsi ötən il başa çatıb. İlk göndərmədən sonra Çin ordusu sistemin sınaq əməliyyatını uğurla başa vurduğunu açıqlayıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır