Modern.az

Ziyalılar Forumu böyük mitinq müzakirələrini davam etdirir

Ziyalılar Forumu böyük mitinq müzakirələrini davam etdirir

31 Yanvar 2012, 14:28

Eldar Namazov: “Aksiya elan olunub və mütləq keçiriləcək”

Ziyalılar Forumu Fransa Senatının “erməni soyqırımı”nın inkarının cinayət sayılması haqda qəbul etdiyi qanuna etiraz olaraq nəzərdə tutulan böyük mitinqlə bağlı hazırlıqlarını davam etdirir. Ziyalılar Forumunun təsisçilərindən biri, “Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri Eldar Namazov Modern.az satytına deyib ki, aksiyanın keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət bir neçə vacib məsələinin müzakirəsindən sonra ediləcək:

“Biz mitinq keçirəcəyimizi elan etmişik və aksiyanın baş tutmasında maraqlıyıq. Amma aksiya iştirakçılarının kütləviliyini təmin etmək üçün bəzi təşkilatı məsələlər həll olunmalıdır. Hazırda Forumun təsisçiləri bununla bağlı ciddi müzakirəklər aparır”.

E.Namazov mitinqin keçiriləcəyi yerlə bağlı hələ ki konkret ünvan seçmədiklərini bildirib. Onun sözlərinə görə, yerdən daha vacib məsələlər var: “Biz möhtəşəm aksiyanın baş tutması üçün bir sıra ekspertlərlə də məsləhətləşmələr apar;rıq. Bu proses başa çatan kimi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir