Modern.az

Fransa senatorlarından türklərə möhtəşəm dəstək

Fransa senatorlarından türklərə möhtəşəm dəstək

31 Yanvar 2012, 14:42


Fransada Senatın qəbul etdiyi “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun ləğv edilməsi üçün lazımı qədər imza toplanılıb.

Modern.az Türkiyənin “Hürriyət” qəzetinə istinadən bildirir ki, bu gün Fransa Konstitusiya Şurasına edilən müraciətdə 72 senatorun imzası var.

Fransız senator  Jacques Mezard təsdiq olunması üçün prezident Nikola Sarkoziyə göndərilən qanunun ləğvinə gərəkən qədər imzanın toplanması kapmaniyasına başlayıb. Konstitusiya Şurasına müraciət üçün 60 Senat üzvünün imzası lazım idi. Bu gün isə yetərli sayda imza toplandıqdan sonra Konstitusiya Şurasına müraciət edilib.

Müraciətdə qanunun Fransa Konstitusiyasının 33-cü maddəsinə və ifadə azadlığına zidd olduğu səbəbi ilə ləğv edilməsi istənilib.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir