Modern.az

Fuad Muradov Avronest PA-nın Bakıdakı sessiyasından danışıb

Fuad Muradov Avronest PA-nın Bakıdakı sessiyasından danışıb

31 Yanvar 2012, 15:16

Avronest Parlament Assambleyasının Bakıda keçiriləcək 2-ci sessiyasında Şərqi Avropa və Avropa İttifaqı ölkələrinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məsələsi müzakirə olunacaq. Modern.az xəbər verir ki, bu barədə Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin üzvü Fuad Muradov məlumat verib.

O qeyd edib ki, aprelin 2-4-də keçiriləcək iclasda müzakirə olunacaq bu məsələ Avronest PA-nın İqtisadi İnteqrasiya Komitəsinin Brüsseldə keçirilən iclasında qərar qəbul olunub.

F.Muradov həmçinin bildirib ki, həmin iclasda Ermənistan nümayəndə heyəti sərhədlərin bağlı olması səbəbindən nəqliyyata maneələr tördəilyi barədə də məsələ qaldırıb.

“Lakin elə oradaca bu problemin yaranmasının səbəbinin Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi olduğu bildirilib”.

O həmçinin bildirib ki, Dağlıq Qarabağ probleminin həll edilməsi üçün Fransanı alternativ olaraq Avropa İttifaqından xüsusi səlahiyyətli nümayəndə təyin olunmalıdır. Onun sözlərinə görə, həmin şəxs Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Avropa İttifaqının adından danışacaq.

“Vaxtilə belə nümayəndə heyəti Balkanlarda və Afrika ölkələrində yaşanan problemlərdətəyin olunub. Ancaq Fransa ATƏT-də öz mövqeyini qorumaq istədiyi üçün buna getmək istəmir. Ümumiyyətlə, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər platformalarda bu məsələ gündəmə gətirilməlidir ki, Avropada Dağlıq Qarabağ münaqişə ilə məşğul olan alternativ şəxs təyin olunsun. Bununla o, Avropa Parlamentinə hesabat verəcək”.

Millət vəkili qeyd edib ki, artıq Fransanın ATƏT-in Minsk qrupunda qalması şübhə altına alınır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər