Modern.az

Ukrayna Rusiya tankerini saxladı

Ukrayna Rusiya tankerini saxladı

25 İyul 2019, 15:32

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiyaya məxsus NEYMA tankerini saxlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə qurumun “Facebook” səhifəsində məlumat yayılıb.

 

Qeyd olunur ki, tanker Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneçilik törətdiyi üçün saxlanılıb.

Bildirilib ki, hazırda həbs üçün vəsatət hazırlanır.

Xidmətdə onu da bildiriblər ki, bu cür hərəkətlər nəticəsində 2018-ci ilin noyabr ayında Ukraynanın hərbi gəmiləri və 24 dənizçi saxlanılmışdı.

Məlumata əsasən, Rusiyanın bayrağı altında üzən tanker iyulun 24-də İzmail limanına daxil olub. UTX-dən bildirildiyinə görə, NEYMA gəmisinin adı dəyişdirilərək NIKA SPIRIT qoyulub ki, “onun Kerç boğazında baş verənlərə aidiyyatı bəlli olmasın”.

 

Tankerdə axtarış aparılıb, heyət üzvlərinin ifadəsi alınıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı