Modern.az

Azərbaycan Parlamentində Fransanın həmsədrlikdən çıxarılması müzakirə olunacaq

Azərbaycan Parlamentində Fransanın həmsədrlikdən çıxarılması müzakirə olunacaq

Parlament

31 Yanvar 2012, 17:22

Sabah Milli Məclisin yaz sessiyasının ilk iclasında Fransanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrliyindən çıxarılmasına dair təklif müzakirələr olacaq.

Bu barədə Modern.az saytına millət vəkli Zahid Oruc məlumat verib.

O, qeyd edib ki, bu məsələ ilə bağlı deputat təşəbbüsündən istifadə edəcək: “Hesab edirəm ki, deputatlarımız yekdil rəyə gələcəklər. Konkret olaraq tarix qarşısında üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Bu vəzifə isə milli mənafedən çıxış etməkdir. Əminəm ki, deputatlarımız bu məsuliyyətdən yana öz mövqelərini ortaya qoyacaqlar”.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat