Modern.az

Ermənilər hərbi maşınlarımızı atəşə tutdular - Snayperlər işə salındı

Ermənilər hərbi maşınlarımızı atəşə tutdular - Snayperlər işə salındı

28 İyul 2019, 10:59

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. 

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.

 

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır