Modern.az

“Sarı zolaq”a görə çox az sürücü cərimələndi  

“Sarı zolaq”a görə çox az sürücü cərimələndi  

29 İyul 2019, 11:35

“İyulun 21-dən 27-nə qədər “sarı zolaq”la əlaqəli bir neçə faktı çıxmaqla sürücülərə inzibati protokol tərtib edilməyib”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, aparılan təbliğat işləri öz təsirini göstərdi.

 

“Bu məsələlərdə maarifləndirmənin  rolu böyükdür. Ölkədə keçirilən digər tədbirlər kimi “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı da  yüksək səviyyədə keçirildi. Yol hərəkəti ilə bağlı heç  bir problem qeydə alınmadı, polis gücləndirilmiş  iş rejimində  işlədi. Mətbuatımız da təbliğat işlərinin aparılmasında bizə çox böyük dəstək oldu. Görülən işlərin mahiyyəti göz qabağındadır”.

 

Xatırladaq ki, "Bakı-2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 21-dən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qoyulmuşdu. XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb və iyulun 27-də başa çatıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır