Modern.az

Dünyada nikahdankənar doğulanların sayı artır, Azərbaycanda isə...                 

Dünyada nikahdankənar doğulanların sayı artır, Azərbaycanda isə...                 

29 İyul 2019, 14:06

Dünyada, xüsusən Avropada ənənəvi nikahların sayında azalma müşahidə olunur.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüklər get-gedə daha az hallarda nikahlarının dövlət tərəfindən rəsmiləşdirilməsinə çalışır. Bu tendensiya Şimali Amerika və Avropa ölkələrində müşahidə olunsa da, artıq Şərq ölkələrinə də sirayət edib.  

 

Fransada doğulan uşaqların 60%-i nikahdankənar dünyaya göz açır. Analoji göstərici Bolqarıstan və Sloveniyada 59%, Estoniyada 56%, İsveçdə 55%, Danimarkada 54%, Portuqaliyada 53% və Hollandiyada isə 50%-dən çoxdur. Nikahdankənar doğulan uşaqların sayının azlıq təşkil etdiyi ölkələr sırasında Yunanıstan (9%), Xorvatiya və Cənubi Kirp (18%) yer alır.

ABŞ, Kanada və Braziliyada nikahdankənar doğulanların sayı ümumi doğulanların 20-25%-ni təşkil edir. Amma Ekvador, Kolumbiya və Peru kimi ölkələrdə həmən göstəricinin 5-10% arasında olması müşahidə olunur.  

 

Cənubi Qafqaz regionuna gəlincə, Ermənistan və Gürcüstan regionda rəsmi izdivaca girmədən övlad sahibi olan ölkələr arasında liderdir. Azərbaycanda nikahdankənar doğum halları 2016-cı ildə pik həddinə çatıb. Həmin il 26 min 288 körpə rəsmi nikahdan kənar dünyaya göz açmışdı. Bu həmin ildə doğulan uşaqların 15,1%-ni təşkil edirdi.

 

Ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 20 716 uşaq dünyaya gətirilib. Bu rəqəm 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.

 

2018-ci ildə isə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı ölkədə bütün diri doğulan uşaqların 14,9 faizini təşkil edib ki, bu göstərici də 2014-cü il üzrə eynilik təşkil edib. 2014-cü ildə nikahda olmayan qadınlar tərəfindən 25 486 uşaq dünyaya gətirilib ki, onun 14,9 faizini rəsmi nikahı olmayan qadınların dünyaya gətirdiyi uşaqlar təşkil edib. Nikahsız qadınların dünyaya gətirdiyi uşaqlar daha çox kənd yerlərində dünyaya göz açıb.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?