Modern.az

“Ermənistan göstərmək istəyir ki, Azərbaycan hər an hücum əməliyyatı keçirə bilər”

“Ermənistan göstərmək istəyir ki, Azərbaycan hər an hücum əməliyyatı keçirə bilər”

Aktual

29 İyul 2019, 16:46

Azərbaycan-Ermənistan dövlət sərhədində, təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

 

Bu haqda Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov Modern.az-a açıqlamasında bildirib ki, Ermənistanın son dönəmlərdə Azərbaycan sərhədlərində atəşkəsi pozmasında əsas məqsədi diqqəti daha çox Qarabağa yönəltməkdir.

 

“Qarabağda vəziyyəti gərginləşdirərək cəmiyyəti daxili problemlərdən yayındırmaq və Qarabağ fonunda göstərmək istəyirlər ki, yəni bizim vacib məsələlərimiz var, Azərbaycan hər an hücum əməliyyatı keçirə bilər. Onlar demirlər ki, biz atəşkəsi pozuruq.

 

Onlar deyir ki, Azərbaycan tərəf atəşkəsi pozur. Bununla da cəmiyyəti daxili problemlərindən yayındırmağa çalışırlar. Prinsip cəhətdən biz işğaldan sonrakı Qarabağın bütün tarixçəsinə nəzər salsaq, mütəmadi olaraq Qarabağda və təmas xəttində vəziyyətin gah gərginləşib, gah da nisbətən mülayimləşdiyinin şahidi olarıq. Siyasi dairələrdə müəyyən bir aktivlik olanda, danışıqlar prossesi ərəfəsində erməni tərəfi cəbhə bölgəsində, dövlət sərhədində vəziyyəti gərginləşdirir”.

 

Ş.Ramaldanov bildirib ki, 26 ildir ssenari dəyişmir.

 

“Bu elə belədə davam edəcək, həm onlar tərəfdən, həm bizim tərəfdən itkilər də olacaq. Bunun həllinin tək yolu odur ki, biz öz torpaqlarımıza yiyə çıxaq, biz gərək öz torpaqlarımızı işğalçılardan azad edək, dövlətimizin ərazi bütövlüyünü təmin edək. Bu olmayana qədər bu hal daim təkrarlanacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı