Modern.az

Deputatlar Azərbaycanın adının dəyişdirilməsini təklif etdi

Deputatlar Azərbaycanın adının dəyişdirilməsini təklif etdi

1 Fevral 2012, 13:57

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən yaz sessiyasının plenar iclasında BAXCP sədri Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsini qaldırıb. O, ölkənin adının Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib.

Azərbaycan ərazilərinin üçdə ikisinin hazırda İranın tərkibində olduğunu deyən deputatın təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verib.

YAP-çı deputat Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib. 

Deputat Fəzail Ağamalı da təklifi dəstəkləyib: “Bunun üçün Konstitusiyaya dəyişiklik edib ora belə bir müddəa əlavə etmək olar ki, Azərbaycanın ərazisi şimal, qərb və cənubdan ibarətdir. Ona görə də Azərbaycan Respublikasının adının dəyişdirilib Şimali Azərbaycan Respublikası olmasını tam dəstəkləyirəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər