Modern.az

Azərbaycanda əsgərləri ən tez və ən gec tərxis edən hərbi qurumlar - SORĞU

Azərbaycanda əsgərləri ən tez və ən gec tərxis edən hərbi qurumlar - SORĞU

Ölkə

30 İyul 2019, 14:45

İyul ayının 1-dən etibarən Prezidentin Azərbaycan Respublikası vətəndaşlarının “Həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına əsasən ölkədəki hərbi strukturlarda tərxis işləri başlayıb.

 

Bəs əsgərlərin tərxisinin gecikməsi halları müşahidə olunurmu?

 

Modern.az mövzu ilə bağlı Azərbaycanın hərbi stukturları arasında sorğu keçirib.

 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbuat xidməti hərbi qulluqçulatın tərxis prosesinin iyulun 30-dək bitəcəyini açıqlayıb.

“İyul ayının 1-dən tərxis başlasa da bizdə həmin gün üçün tərxis işi həyata keçirilməyib. Azərbaycan Respublikasının Prezidenti, ali baş komandanının sərəncamına əsasən tərxis olunma iyulun 1-dən 30-dək nəzərdə tutulub. Bu müddət ərzində bizdə tərxis işləri ilə bərabər, çağırışların qəbulu prosesi də gedir”.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də tərxis prosesinin qaydalara uyğun aparıldığını açıqlayıb.

“İyul ayının 1-dən etibarən bizdə tərxis işləri başlayıb və ayın sonuna kimi davam edəcək. Əgər hər hansısa xüsusi hal yaranmazsa əsgərin tərxis edilməsində heç bir gecikmə halı müşahidə oluna bilməz”.

 

Əsgərlərini ən gec tərxis etməkdə ittiham olunan Dövləd Sərhəd Xidməti isə bu fikirlərə geniş cavab verib. Xidmətin ictimiayyətlə əlaqələr şöbəsindən verilən açıqlamada Sərhəd Qoşunlarının xidmətinin özəlliklərinin tərxis prosesinə təsir etdiyini lakin qanunvericiliyin tələblərinin pozulmadığını vurğulayıb.  

 

“Prezidentin sərəncamına əsasən tərxis işləri sabah yekunlaşacaq. Sərəncama görə gecikmə halları olmur. Belə bir fikir var ki, Dövlət Sərhəd Xidmətində xidmət edən əsgərlər evə daha gec buraxılır. Lakin sərəncama əsaslansaq, iyul ayının son gününə qədər əsgər buraxılırsa, bu gecikmə kimi qiymətləndirilə bilməz. Sadəcə digər hərbi xidmət strukturlarında iyulun əvvələrində əsgərlərin buraxılması daha çox müşahidə olunduğuna görə bizdəki halı gecikmə kimi düşünürlər. Başqa hərbi qurumlarda əsgərlər hərbi hissədə xidmət edirlər amma bizdə birbaşa olaraq ölkə sərhəddini müdafiə edirlər. Məsələn, Rusiya, İran, Ermənistanla sərhəd ərazidə birdən 15 nəfər buraxılsa vəziyyət necə olar? Buna görə də bütün əsgərləri birdən tərxis etmək olmaz. Lakin buna baxmayaraq iyulun 31-ə kimi bütün əsgərlər tam şəkildə tərxis edilir. Sadəcə əsgərin cinayət işi olduqda, məhkəmə prosesi davam etdikdə tərxis oluna bilməz yəni, gecikmə halı olar. Başqa cür gecikmə halları müşahidə edilmir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq