Modern.az

Azərbaycan gənclərinin videokonfransı keçiriləcək

Azərbaycan gənclərinin videokonfransı keçiriləcək

Aktual

1 Fevral 2012, 15:05

Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi ilə birgə 2 fevral 2012-ci il saat 15:00-da “Hilton” otelində (3-cü mərtəbə, “Ametic” zalı) “Gənclər günü” ilə əlaqədar olaraq Azərbaycan gənclərinin videokonfransını keçirəcək.

Sumqayıt şəhəri, Quba, Şəki, Ağdaş, Göygöl, İsmayıllı, Lənkəran və paytaxt Bakının Xəzər rayonunu əhatə edəcək tədbir çərçivəsində hər rayondan 20 gənc olmaqla 140 nəfər online şəkildə iştirak edəcək.

Videokonfransın moderatoru Milli Şuranın sədri, millət vəkili Fuad Muradov olacaq.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, adıçəkilən regionların millət vəkilləri və Azərbaycanda tanınmış gənclər təşkilatlarının sədrləri iştirak edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!