Modern.az

Qənirə Paşayevadan Türkiyə parlamentinə müraciət təklifi

Qənirə Paşayevadan Türkiyə parlamentinə müraciət təklifi

1 Fevral 2012, 15:10

Parlamentin bu gün öz işinə başlayan yaz sessiyasının ilk iclasında millət vəkili Qənirə Paşayeva Xocalı faciəsinin 20-ci il dönümü ilə bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət ünvanlanması təklifi ilə çıxış edib.

O, bildirib ki, o, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi parlament adından TBMM-ə müraciətin göndərilməsinin tərəfdarıdır:

“Bildiyiniz kimi qarşıdan Xocalı faciəsinin 20-ci il dönümü gəlir. Bu baxımdan təklif etmək istərdim ki, TBMM-ə müraciət edək və həmin müraciətimizdə Türkiyə parlamentindən Xocalı soyqırımı ilə bağlı müzakirələrin açılmasını qeyd edək.

Türkiyə parlamenti tərəfindən bu məsələnin müzakirə olunması Xocalı faciəsinin soyqırımı kimi tanınması çox vacibdir. Bu həm də bizim birlik və bərabərliyimizə bir sübut olardı, həm də bununla göstərə bilərdik ki, gerçək soyqırım nədir, soyqırımı kimlər törədib”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?