Modern.az

Ramil Usubov 5 rayonun polis rəisini dəyişdi

Ramil Usubov 5 rayonun polis rəisini dəyişdi

1 Fevral 2012, 15:18

Daxili işlər naziri Ramil Usubovun əmri ilə bəzi rayonların Polis şöbələrinin rəisləri dəyişdirlib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirn müvafiq əmrlərilə Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Təhmasib İbrahimovun, Yardımlı RPŞ-nin rəisi Şamil Seyidlinin, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Fəqan Azadəliyevin,  Gədəbəy RPŞ-nin rəisi Şirzad Əsgərovun, Göygöl RPŞ-nin rəisi Məhərrəm Quliyevin iş yeri dəyişdirilib.

Belə ki, Təhmasib İbrahimov Beyləqan RPŞ-yə, Şamil Seyidli Ağcabədi RPŞ-yə, Fəqan Azadəliyev Yardımlı RPŞ-yə, Şirzad Əsgərov Göygöl RPŞ-ə, Məhərrəm Quliyev  Gədəbəy RPŞ-yə rəis təyin ediliblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir