Modern.az

Azərbaycan Avstraliyaya etiraz notası göndərdi

Azərbaycan Avstraliyaya etiraz notası göndərdi

Hadisə

31 İyul 2019, 16:01

Xəbər verdiyimiz kimi, Avstrliya hökuməti Dağlıq Qarabağdakı separatçı rejimin “XİN rəhbəri” Masis Mailyanı qəbul edib.

Paytaxt Kanberrada yerləşən Avstraliya Federal Hökumətinin binasında qəbul olunan Mailyan 10-dan artıq siyasətçi ilə görüşüb.

Avstraliya parlamentinin deputatları Trent Çimmerman və Coel Fitsqibon Qarabağdan gələn separatçıların şərəfinə yemək süfrəsi açıb.

Modern.az saytı məsələ ilə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva saytımıza açıqlamasında bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin nümayəndələrinin Avstraliyaya səfəri ilə bağlı ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili tərəfindən Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib.

 

“Bununla əlaqədar olaraq, Müvəqqəti İşlər Vəkilimiz Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinə dəvət olunub.  Avstraliya Federal Hökumətinin rəsmi mövqeyi növbəti dəfə Azərbaycan rəsmisinin diqqətinə çatdırılıb. Avstraliya Xarici İşlər və Ticarət Departamentinin rəsmisi ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesini diqqətlə izlədiyini və Avstraliyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək, bunun rəsmi Kanberranın uzunmüddətli siyasəti olduğunu vurğulayıb”.

 

XİN rəsmisinin sözlərinə görə, erməni diasporunun Avstraliyanın siyasi dairələrində lobbiçilik fəaliyyəti  bu səylərin Avstraliya hökumətinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyinə hər hansı formada təsir edə bilməyəcək:

 

“Avstraliya XİN-in rəsmisi qondarma rejimin “nümayəndələri”nin ermənilər tərəfindən təqdim edilən statusunun rəsmi Kanberra tərəfindən tanınmadığını və onların bu səfərinin şəxsi xarakter daşıdığını söyləyib”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?