Modern.az

9-cuların sınaq imtahanlarının cavabı açıqlanacaq

9-cuların sınaq imtahanlarının cavabı açıqlanacaq

1 Fevral 2012, 18:11

Bakıdakı orta məktəblərin 9-cu sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada test üsulu ilə verdiyi yoxlama (sınaq) imtahanlarının nəticələri fevralın 2-də açıqlanacaq.

Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən məlumat verilib

Qeyd edək ki, Bakı şəhər orta məktəblərinin 9-cu sinif şagirdləri yanvarın 29-da imtahan veriblər.  9-cu sinif şagirdləri Azərbaycan dili və riyaziyyatdan sınaq imtahanları veriblər. İmtahanlarda 30 minə yaxın şagird iştirak edib. 

Şagirdlər 2 fəndən 50 test tapşırığını  cavablandırıblar. İmtahan suallarının 25%-i asan, 50%-i orta və 25%-i isə çətin səviyyəli olmaqla üç səviyyədə hazırlanıb.

Hər bir fənn üzrə tapşırıqların 20%-ə qədərini cavablandıran şagird «2», 20% daxil olmaqla 50%-ə qədərini cavablandıran şagird «3», 50% daxil olmaqla 80%-ə qədərini cavablandıran şagird «4» və 80% daxil olmaqla 100%-ə qədərini cavablandıran şagird isə «5»lə qiymətləndiriləcək. 
 
2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərindən başlayıb. Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edəcək və 15 aprel tarixində yekunlaşacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub